“Azərbaycanda elə dövlət təşkilatları var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar”.
Bunu Hesablama Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında , qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) yoxlamalara başlanılıb: “Aparılan yoxlamaların nəticələrinə dair məlumatlar veriləcək”.