Prokurorluqda 265 şəxslə bağlı cinayət işinin istintaqı tamamlanıb

11:44 - 18 Aprel 2022 - Cəmiyyət

Bu ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən 265 şəxs barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 265-dir. Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən 265 şəxs barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Xəbər xətti