Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək

14:37 - 17 Aprel 2022 - Mədəniyyət

Oktyabrın 29-da Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində dünyaşöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək.

Saraydan verilən məlumata görə, gecədə Müslüm Maqomayevin unudulmaz nəğmələrini dünyanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.

Konsertə biletləri “iTicket.az” saytından və şəhərin kassalarından əldə etmək mümkündür.

Xəbər xətti