"Azərbaycanfilm" Kinostudiyasının direktoru vəzifəsindən ayrılıb.
Ucnoqta.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, Fariz Əhmədov 2020-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru vəzifəsinə təyin edilmişdi.