Bakıda Ukrayna səfirliyi qarşısında dəstək aksiyası keçirilib - VİDEO

17:23 - 26 Fevral 2022 - Cəmiyyət

“Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.

Bu ictimaiyyət nümayəndələrinin Bakıda Ukrayna səfirliyi qarşısında keçirdikləri aksiyada bildirilib.

Aksiya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporasının (UABD) təşkilatçılığı ilə keçirilib.

UABD-ın sədri Hikmət Cavadov Ukraynanın Azərbaycana hər zaman dəstək verdiyini xatırladıb:

“Vətən müharibəsi zamanı Ukrayna beynəlxalq arenada Azərbaycanı dəstəkləyib. Biz də buğun Ukraynanın yanındayıq”.

Sonda aksiya iştirakçıları həmrəylik nümayiş etdirərək Ukraynanın Dövlət Himnini oxuyublar.


​///oxu.az

Xəbər xətti