Ucnoqta.az
www.ucnoqta.az

Bakıda Ukrayna səfirliyi qarşısında dəstək aksiyası keçirilib - <font color=red><b>VİDEO</b></font>

17:23 - 26 Fevral 2022 tarixində dərc olunub.

“Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.

Bu ictimaiyyət nümayəndələrinin Bakıda Ukrayna səfirliyi qarşısında keçirdikləri aksiyada bildirilib.

Aksiya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporasının (UABD) təşkilatçılığı ilə keçirilib.

UABD-ın sədri Hikmət Cavadov Ukraynanın Azərbaycana hər zaman dəstək verdiyini xatırladıb:

“Vətən müharibəsi zamanı Ukrayna beynəlxalq arenada Azərbaycanı dəstəkləyib. Biz də buğun Ukraynanın yanındayıq”.

Sonda aksiya iştirakçıları həmrəylik nümayiş etdirərək Ukraynanın Dövlət Himnini oxuyublar.


​///oxu.az

Müəllif: