Azərbaycan Ordusundan erməni separatçılara XƏBƏRDARLIQ - VİDEO

12:54 - 26 Fevral 2022 - Xəbər

Azərbaycan Ordusu Xocalı rayonunun Pirlər kəndində yaşayan ermənilərə xəbərdarlıq edib. 

Ucnoqta.az Calibr-ə istinadən xəbər verir ki, müraciətdə Azərbaycan qanunlarını pozanlara qarşı sərt tədbirlər görüləcəyi bildirilir:

"Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın! Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin! Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin! Əks halda qanunu pozanlara qarşı sərt tədbirlər görüləcək."

Xəbər xətti