Ramiz Mehdiyev İSTEFA VERDİ - (YENİLƏNİB)

19:35 - 14 Fevral 2022 - Xəbər

Bu gün, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev  yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib.

18:05

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. 


Ucnoqta.az  xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib. 

Ramiz Mehdiyev istifa ərizəsini təqdim edib və kollektivlə vidalaşıb.

Sabiq deputat Elton Məmmədov R.Mehdiyevin istefa verməsini təsdiqləyib.

 

Xəbər xətti