Rüstəm Əbülfətoğlu Medianın İnkişafı Agentliyində Jurnalistə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsindən istefa verib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Rüstəm Əbülfətoğlu bildirib ki, ona göstərilmiş etimadın məsuliyyətindən çıxış edərək Medianın İnkişafı Agentliyindəki (MEDİA) fəaliyyətini bu gün öz xahişi ilə başa vurub.