Koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:41 - 30 Yanvar 2022 - Xəbər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 943 yeni yoluxma faktı qeydə alınıb, 1 587 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 656 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 624 259 nəfər müalicə olunaraq sağalıb, 8 720 nəfər vəfat edib. 23 305 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 204, bu günə qədər isə ümumilikdə 6 149 156 test icra olunub.


Xəbər xətti