Türkiyə bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - DİN - FOTO

00:16 - 30 Yanvar 2022 - Xəbər

Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, o, ilkin izahatında əməlini etiraf edib. 

Müvafiq araşdırmalar davam etdirilir.


Xəbər xətti