Gəncədə 38 yaşlı qadın dəm qazından zəhərlənib

21:40 - 28 Yanvar 2022 - HADİSƏ

Gəncədə zəhərlənmə faktı qeydə alınıb. APA-nın xəbərinə görə, hadisə şəhərin Həsrət Əliyev qardaşları küçəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü Aynurə Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilib. İlkin məlumata görə A.Məmmədova dəm qazından zəhərlənib.

Xəbər xətti