Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın xəbərinə görə, hadisə şəhərin Həsrət Əliyev qardaşları küçəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Aynurə Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilib.
İlkin məlumata görə A.Məmmədova dəm qazından zəhərlənib.