Qubada "avtoşluq" edən sürücü saxlanıldı - Video

19:07 - 28 Yanvar 2022 - HADİSƏ

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Rayon sakini Habil Məhərrəmov idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. YPX-nin əməkdaşlarının “saxla” əmrinə tabesizlik göstərən H.Məhərrəmov süni tıxac vasitəsi ilə saxlanılaraq RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti