Ucnoqta.az
www.ucnoqta.az

Qubada "avtoşluq" edən sürücü saxlanıldı - <font color=red><b>Video</b></font>

19:07 - 28 Yanvar 2022 tarixində dərc olunub.

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Rayon sakini Habil Məhərrəmov idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. YPX-nin əməkdaşlarının “saxla” əmrinə tabesizlik göstərən H.Məhərrəmov süni tıxac vasitəsi ilə saxlanılaraq RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: