Avtomobil 12 yaşlı qızı vuraraq ayağını sındırıb
08:15 - 28 Yanvar 2022 - HADİSƏ
Bakıda 12 yaşlı yeniyetməni avtomobil vuraraq ayağını sındırıb.
"Report"un məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Sultanova Mənsuməxanım Ramil qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.