Ucnoqta.az
www.ucnoqta.az

Avtomobil 12 yaşlı qızı vuraraq ayağını sındırıb

08:15 - 28 Yanvar 2022 tarixində dərc olunub.
Bakıda 12 yaşlı yeniyetməni avtomobil vuraraq ayağını sındırıb. "Report"un məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Sultanova Mənsuməxanım Ramil qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Müəllif: