Ağsu rayonunda iki uşaq anası dəm qazından zəhərlənərək ölüb.
Ucnoqta.az-ın oxu.az-a istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü Elnaz Əhmədzadə hamam otağında dəm qazından zəhərlənib.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun iki azyaşlı uşağı qalıb.
Faktla bağlı araşdırma aparılır.