Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda iki uşaq anası dəm qazından zəhərlənərək öldü

11:07 - 26 Yanvar 2022 tarixində dərc olunub.

Ağsu rayonunda iki uşaq anası dəm qazından zəhərlənərək ölüb. 

Ucnoqta.az-ın oxu.az-a istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü Elnaz Əhmədzadə hamam otağında dəm qazından zəhərlənib.

Onun həyatını xilas etmək mümkün olmayıb. 

Mərhumun iki azyaşlı uşağı qalıb. 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: