Avtomobillərin parklanması müddəti 48 saata qədər uzadılır

12:28 - 24 Yanvar 2022 - Xəbər

Azərbaycanda avtomobillərin parklanması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Bu, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz və sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq saxlanmasına görə inzibati məsuliyyət daşıyırlar.

Qeyd edək ki, hazırda bu müddət 24 saat nəzərdə tutulur.///report

Xəbər xətti