"Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək" - İlham Əliyev

19:34 - 12 Yanvar 2022 - Xəbər

"Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq".

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. 
“240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulur. Vəsaiti investorlar 100 faiz özləri təmin edəcəklər”, - Prezident vurğulayıb.

Xəbər xətti