Bakı və Naxçıvan Muxtar Respublikası arasında güclü dumana görə təxirə salınan aviareyslər bərpa olunub və təyyarələr bu istiqamət üzrə hərəkət edir.
Heydər Əliyev Beynəlxalq Hava Limanından Ucnoqta.az-a verilən məlumata görə, hazırda sözügedən istiqamət üzrə aviareyslər həyata keçirilməkdədir.
Qeyd edək ki, əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarənin kapitanı aeroporta qayıtmışdı.