Ucnoqta.az
www.ucnoqta.az

Naxçıavana uçuşlar bərpa olundu

16:12 - 11 Yanvar 2022 tarixində dərc olunub.

Bakı və Naxçıvan Muxtar Respublikası arasında güclü dumana görə təxirə salınan aviareyslər bərpa olunub və təyyarələr bu istiqamət üzrə hərəkət edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Ucnoqta.az-a verilən məlumata görə, hazırda sözügedən istiqamət üzrə aviareyslər həyata keçirilməkdədir.

Qeyd edək ki, əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarənin kapitanı aeroporta qayıtmışdı.

Müəllif: