İmişlidə avtomobil piyadanı vuraraq öldürdü

23:25 - 10 Yanvar 2022 - HADİSƏ

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə İmişli rayonunun Şəmmədli kəndində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil yolu keçən kənd sakini, 1954-cü il təvəllüdlü Sultanov Nizami Hüseyn oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti