İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə İmişli rayonunun Şəmmədli kəndində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil yolu keçən kənd sakini, 1954-cü il təvəllüdlü Sultanov Nizami Hüseyn oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.