Bakının Nizami rayonunda qadın bıçaqlanıb.
Hadisə Keşlə qəsəbəsində baş verib.
Marketin qarşısında Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərova Pərvanə Canbaxış qızı tanıdığı oğlanın hücumuna məruz qalıb.
Onun üzünə və boğazına ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.///Apa