Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadın üz və boğazından bıçaqlandı

10:08 - 5 Yanvar 2022 tarixində dərc olunub.

Bakının Nizami rayonunda qadın bıçaqlanıb.

Hadisə Keşlə qəsəbəsində baş verib.

Marketin qarşısında Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərova Pərvanə Canbaxış qızı tanıdığı oğlanın hücumuna məruz qalıb. 

Onun üzünə və boğazına ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.///Apa

Müəllif: