Bakıda ər arvadını döyüb - 5 qabırğası sınıb

08:55 - 5 Yanvar 2022 - HADİSƏ

Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib. Hadisə Səbail rayonunda qeydə alınıb. Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1975-ci il təvəllüdlü Əliyeva Xatirə İbrahim qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub. Polis hadisənin təfərrüatını araşdırır.///report

Xəbər xətti