Bakıda ər arvadını döyüb - <font color=red><b>5 qabırğası sınıb</b></font>
08:55 - 5 Yanvar 2022 tarixində dərc olunub.
Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Hadisə Səbail rayonunda qeydə alınıb.
Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1975-ci il təvəllüdlü Əliyeva Xatirə İbrahim qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub.
Polis hadisənin təfərrüatını araşdırır.///report