İsraildə hərbi helikopter qəzaya uğrayıb - 2 pilot ölüb

08:27 - 4 Yanvar 2022 - HADİSƏ

İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində hərbi helikopter qəzaya uğrayıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.Helikopterdə olan 3 pilotdan 2-si həlak olub. Hadisə gecə saatlarında təlim uçuşu zamanı baş verib. “The Times of Israel” nəşrinin məlumatına görə, üçüncü pilot xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti