İsraildə hərbi helikopter qəzaya uğrayıb - <font color=red><b>2 pilot ölüb</b></font>
08:27 - 4 Yanvar 2022 tarixində dərc olunub.
İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində hərbi helikopter qəzaya uğrayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.Helikopterdə olan 3 pilotdan 2-si həlak olub.
Hadisə gecə saatlarında təlim uçuşu zamanı baş verib.
“The Times of Israel” nəşrinin məlumatına görə, üçüncü pilot xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.