Yeni qanunda da hər hansı məhdudlaşdırıcı məqamlar yoxdur - Əli Hüseynli

13:10 - 28 Dekabr 2021 - MEDİA

“Biz Avropa Şurasının üzvüyük. Bu qanunda da insan hüquqları baxımından hər hansı məhdudlaşdırıcı məqamlar yoxdur”.

Bunu bu gün Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

O deyib ki, qanunu siyasi arqumentlərlə müdafiə etməyə ehtiyac yoxdur: “Biz hüquqi arqumentlərlə çıxış edirik. “Media haqqında” qanun layihəsi bundan öncəki iki qanunun əsasında hazırlanıb və həmin qanun layihələri də Venesiya Komissiyası ilə əməkdaşlıq şəraitində hazırlanıb. Yeni qanunda da hər hansı məhdudlaşdırıcı məqamlar yoxdur. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Belə təəssürat yaradılmamalıdır ki, insan hüquqları sahəsində əməkdaşlıqdan geri çəkilirik. Bu əməkdaşlıq davam edir və bu qanun da onun ən yaxşı nümunələrindən biridir”.///apa

Xəbər xətti