Media haqqında qanun layihəsi ilə bağlı görüşlər davam edir.
Ucnoqta.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, qanun layihəsi ilə bağlı müxtəlif müzakirələr aparılır.
"QHT-lərlə, media ekspertləri ilə görüşürük, müzakirələr aparırıq. Aydınlıq gətirilməli olan məqamlara, suallara cavab veririk. Düşünürük ki, yaxın zamanlarda işlər tamamlanacaq və yekun olaraq layihə 3-cü oxunuş üçün təqdim ediləcək," - deyə Ə.İsmayılov bildirib.