Onlayn mediada təkzib, cavab və düzəliş verilməsi qaydası müəyyənləşir

12:04 - 10 Dekabr 2021 - MEDİA

Onlayn mediada təkzib, cavab və düzəliş verilməsi qaydası müəyyənləşir.

Ucnoqta.az xəbər verir ki, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, onlayn mediada təkzib və ya cavabın mətni təkzib və ya cavab vermək hüququnun yaranmasına səbəb olmuş materialın yayımı üsuluna uyğun şəkildə yayımlanmalıdır (eyni həcmdə, eyni vaxtda, həmin veb-saytda, veb-səhifədə və ya veb-saytın həmin bölməsində və s.). Bu zaman hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin onlayn media subyektində nə vaxt və necə yayımlandığı göstərilməlidir.

Təkzib və ya cavab mətnini orijinal nəşrdə olduğu kimi həmin veb-səhifədə və ya veb-saytın həmin bölməsində yerləşdirmək mümkün olmadıqda onlayn media subyekti müvafiq materiallar (paylaşımlar) arasında hiperlinklərin yaradılmasını təmin etməli və orijinal mətnin yanında bu materialda (paylaşımda) olan məlumatın təkzib edildiyinə və ya cavab verildiyinə dair bildiriş yerləşdirməlidir.

Xəbər xətti