"Media haqqında" yeni qanun layihəsi Milli Məclisə daxil olub".
Ucnoqta.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, "Media haqqında" qanun layihəsinin hazırlanması üzrə tədbirlər davam etdirilir:
"Yeni qanun layihəsi üzərində işlər artıq yekunlaşıb. Qısa müddətdə bu qanun layihəsinin Milli Məclisin komitələrində və plenar iclasında müzakirələri həyata keçiriləcək".