Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik

11:50 - 9 Dekabr 2021 - MEDİA

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə KOBİA Medianın İnkişafı Agentliyi arasında müzakirələr davam etdirilir. Müvafiq qurumların media sahəsinin kömək xarakterli təklifləri dəyərləndirilməkdədir.

Ucnoqta.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

Ə.İsmayılov bildirib ki, media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanının təmin olunması planlaşdırılır:

“Eyni zamanda MEDİA və biznes subyektləri arasında platformanın yaradılması planlaşdırılır. Media dəstək layihələrinin yeni qaydaları hazırlanıb. 18 çap mediası ilə yanaşı ilk dəfə 39 veb-sayta maliyyə yardımının göstərilməsinə başlanılıb”.

Xəbər xətti