"Legiya"nın məşqçisi Mahiri tənqid etdi

22:51 - 4 Dekabr 2021 - İDMAN

"Legiya"nın çalışdırıcısı  Marek Qolebiyevski komandanın hücumçuları Mahir Emreli ilə  Tomas Pekhartı tənqid edib.

Offsideplus.az "legia.net"ə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis hər iki forvardın daha çox qol vurmalı olduğunu deyib:

"Mahir və Pekhartla söhbət etmişəm. Onlar meydanda olarkən, çox gec qərar verirlər. Hücumçu önünə düşən hər fürsətdən yararlanmalıdır. Ən əsas oyun zamanı təmiz beynlə qərar verməlidirlər. Düşünürəm ki, bu hallar daha yaşanmayacaq".

Xəbər xətti