Azərbaycanın məşhur diktoru vəfat etdi - FOTO

12:05 - 26 Noyabr 2021 - Xəbər

Azərbaycan radiosunun diktoru Lyudmila Nəzərli dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu haqda diktor, əməkdar artist İradə Ağayeva bildirib.
Noyabrın 2-də koronavirusa yoluxan Lyudmila Nəzərli xəstəxanaya yerləşdirildikdən bir müddət sonra müalicəsini reanimasiyada davam etdirirdi.

Qeyd edək ki, Lyudmila Nəzərli Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.

O, ötən il "Tərəqqi” medalına layiq görülüb.

Xəbər xətti