Xəzər dənizində zəlzələ olub
10:05 - 14 Noyabr 2021 - ÖLKƏ İÇİ
Xəzərdə zəlzələ olub.
Ucnoqta.az-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, 14 noyabr yerli vaxtla saat 01:14-də Qala stansiyasından 133 km şərqdə Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.