Qurban Qurbanov: "Əvvəlki oyunlardan daha istəkli olmalıyıq"

12:57 - 20 Oktyabr 2021 - İDMAN

"Hamımız bu qarşılaşmaya ciddi hazırlaşırıq"

Ucnoqta.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda "Kayrat"la oyundan öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib: "Oyundan-oyuna məsuliyyət daha da artıq. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər. Rəqibimizin "Bazel"lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu, bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm."

Xəbər xətti