Şirvanda mənzildən 8 min manatlıq oğurluq olub

13:05 - 19 Oktyabr 2021 - HADİSƏ

Şirvanda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də şəhər ərazisindəki evlərin birindən 8066 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Xəbər xətti