Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer dəyərində dəyişiklik olub.
Bu barədə "Transfermarkt.ru" portalının rəsmi instaqram hesabı məlumat yayıb.
24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya çatıb. Beləliklə, forvard Polşa Ekstraklasasının ən dəyərli futbolçuları sırasında ilk “10-luğ”a girib. ///ofsideplus