Ucnoqta.az
www.ucnoqta.az

Mahirin transfer qiyməti artdı

12:30 - 16 Oktyabr 2021 tarixində dərc olunub.

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer dəyərində dəyişiklik olub.

Bu barədə "Transfermarkt.ru" portalının rəsmi instaqram hesabı məlumat yayıb.

24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya çatıb. Beləliklə, forvard Polşa Ekstraklasasının ən dəyərli futbolçuları sırasında ilk “10-luğ”a girib. ///ofsideplus

 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Transfermarkt Россия

Müəllif: