Bakıda kriminal aləm üzvlərini güllələməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda iki nəfəri güllələməkdə təqsirləndirilən Tural Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tural Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu ildə paytaxtın Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb. Əvvələr məhkum olunanlar – 1987-ci il təvəllüdlü İlkin Bağıyev, 1989-cü il təvəllüdlü Zülfü Muradov bədənin müxtəlif nahiyələrindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib.

Hadisənin kriminal hesablaşma olduğu bildirilib. Güllələnən şəxslər kriminal aləm üzvləri olub. Hadisə zamanı güllələnən şəxslərdən Z. Muradov meyxanaçı Rəşad Dağlının yaxın dostu olub.

T.Nağıyev barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.///Apa

Tarix
13 Oktyabr 2021 [17:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-13 17:24:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin