MEDİA-nın jurnalistlər üçün təlimi başa çatıb
17:28 - 8 Oktyabr 2021 - MEDİA
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün keçirilən təlimlər başa çatıb.
APA-xəbər verir ki, təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb. Təlimlər iki qrupda keçirilib, qrupların hər birində 20 nəfər iştirak edib.
Şəhid ailələri, qazilər və əlilliyi müəyyən edilənlərin müraciəti üzrə Əlaqələndirmə Komissiyasının fəaliyyət istiqaməti açıqlanıb
KİV nümayəndələrinə təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlər keçirilib. Təlimin sonunda proqramı uğurla başa vuran jurnalistlər sertifikatla təltif olunublar.