Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

09:13 - 2 Avqust 2021 - HADİSƏ

Goranboy rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın məlumatına görə, hadisə Goran qəsəbəsi ərazisində baş verib.
Minik maşını yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Qızılhacılı qəsəbə sakini Əsgərov Samir Füzuli oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti