Peyvənd olunan məşhur aparıcı delta ştammına yoluxdu

00:01 - 2 Avqust 2021 - HADİSƏ

Məşhur amerikalı aparıcı Genevieve Qorder martda "Pfizer/BioNTech" vaksini vurdurub. Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, indi aparıcı delta ştammına yoluxub. 42 yaşlı Qorder gecələri səhhətinin daha da pisləşdiyini deyib. "Çox öskürürəm. Əgər vaksin vurdurmasaydım indi xəstəxanaya yerləşdirilmişdim. 5 gündür xəstəyəm. Yataqdan qalxa bilmirəm. Ətrafımdakılardan daha çox diqqətli idim. Amma vaksin vurdurduğum halda necə yoluxdum bilmirəm" deyə, aparıcı bildirib. O bildirib ki, delta ştammını yüngün keçirməsinə vaksin kömək olub.

Xəbər xətti