Ağstafada orta yaşlı kişini elektrik cərəyanı vurub
13:00 - 1 Avqust 2021 - HADİSƏ
Ağstafada rayonunda orta yaşlı kişini elektrik cərəyanı vurub.
"Report"un məlumatına görə, hadisə Xətai kəndində qeydə alınıb. Müxtəlif dərəcəli xəsarətlər alan şəxs Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onun şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.