Polis polkovnik-leytenantı məktəbli sevgilisini vəhşicəsinə öldürdü

21:46 - 30 İyul 2021 - HADİSƏ

Rusiyanın Samara vilayətində dəhşətli qətl hadisəsi baş verib.

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, vilayətin polis polkovnik-leytenatı 9-cu sinif şagirdi olan qızı qətlə yetirib. İlkin məlumata görə, polis 15 yaşlı qızla sevgili olub. Qız atası ilə birlikdə yaşayırmış. Polis onunla tez-tez avtomobildə görüşürmüş.

Yeniyətmə qız onunla münasibətləri barədə hamıya deyəcəyi ilə hədələyib. Bu səbəbdən polkovnik-leytenant onu qətlə yetirmək fikrinə düşüb. Avtomobildə qızı qətlə yetirən polis hadisənin yol qəzası olması görüntüsü yaratmaq istəyib.

Həmin şəxs saxlanılıb, hüquq mühafizə orqanlarından xaric edilib.

Xəbər xətti