Şabranda "KamAz"la avtobus toqquşub, 5 nəfər xəsarət alıb

18:48 - 25 İyul 2021 - HADİSƏ

Şabran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. "KamAz" markalı yük avtomobili ilə "Hyundai" markalı avtobus toqquşub. Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara ilkin tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti